HİRA.FORUM777.COM
Sitemizden daha iyi yararlanmak için lütfen üye olunuz veya giriş yapınız!
HİRA.FORUM777.COM
Sitemizden daha iyi yararlanmak için lütfen üye olunuz veya giriş yapınız!
HİRA.FORUM777.COM
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
HİRA.FORUM777.COM

İslam ümmetinin direniş adresi.
 
AnasayfaAnasayfa  Latest imagesLatest images  AramaArama  Kayıt OlKayıt Ol  Giriş yapGiriş yap  
Arama
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
En son konular
» iftira: Ömer Bin Hattabın katili Ebu lulue'nin mezarı türbe haline getirildi
İmam Mehdi (ə) haqqında hədislər Icon_minitimePaz Ağus. 22, 2010 8:46 am tarafından Elmeddin

» imam musa kazımın şehadeti
İmam Mehdi (ə) haqqında hədislər Icon_minitimeÇarş. Tem. 07, 2010 3:58 pm tarafından kevseri_resul_76_

» hayırlı cumalar
İmam Mehdi (ə) haqqında hədislər Icon_minitimeCuma Haz. 18, 2010 2:34 pm tarafından kevseri_resul_76_

» şiaya göre nübüvvet
İmam Mehdi (ə) haqqında hədislər Icon_minitimeCuma Haz. 11, 2010 8:54 am tarafından Admin

» SİTEMİZE YENİ LOGO ÖNERİM!
İmam Mehdi (ə) haqqında hədislər Icon_minitimePerş. Haz. 10, 2010 6:10 pm tarafından kevseri_resul_76_

» DİNƏ MEYLİN SƏBƏB VƏ MOTİVLƏRİ
İmam Mehdi (ə) haqqında hədislər Icon_minitimePerş. Haz. 10, 2010 10:37 am tarafından Admin

» Din haqqında ümumi anlayış.
İmam Mehdi (ə) haqqında hədislər Icon_minitimePerş. Haz. 10, 2010 10:33 am tarafından Admin

» Selamünaleyküm
İmam Mehdi (ə) haqqında hədislər Icon_minitimePerş. Haz. 10, 2010 10:27 am tarafından Admin

» BAZI KİTAPLAR...
İmam Mehdi (ə) haqqında hədislər Icon_minitimeÇarş. Haz. 09, 2010 8:38 pm tarafından kevseri_resul_76_

» ALİMLERİMİZ
İmam Mehdi (ə) haqqında hədislər Icon_minitimeÇarş. Haz. 09, 2010 8:23 pm tarafından kevseri_resul_76_

En iyi yollayıcılar
Admin (131)
İmam Mehdi (ə) haqqında hədislər Vote_lcapİmam Mehdi (ə) haqqında hədislər Voting_barİmam Mehdi (ə) haqqında hədislər Vote_rcap 
kevseri_resul_76_ (110)
İmam Mehdi (ə) haqqında hədislər Vote_lcapİmam Mehdi (ə) haqqında hədislər Voting_barİmam Mehdi (ə) haqqında hədislər Vote_rcap 
Hasan_AGA (54)
İmam Mehdi (ə) haqqında hədislər Vote_lcapİmam Mehdi (ə) haqqında hədislər Voting_barİmam Mehdi (ə) haqqında hədislər Vote_rcap 
gulistan_2 (52)
İmam Mehdi (ə) haqqında hədislər Vote_lcapİmam Mehdi (ə) haqqında hədislər Voting_barİmam Mehdi (ə) haqqında hədislər Vote_rcap 
Elmeddin (37)
İmam Mehdi (ə) haqqında hədislər Vote_lcapİmam Mehdi (ə) haqqında hədislər Voting_barİmam Mehdi (ə) haqqında hədislər Vote_rcap 
fizilalilfatıma (29)
İmam Mehdi (ə) haqqında hədislər Vote_lcapİmam Mehdi (ə) haqqında hədislər Voting_barİmam Mehdi (ə) haqqında hədislər Vote_rcap 
abdullah (19)
İmam Mehdi (ə) haqqında hədislər Vote_lcapİmam Mehdi (ə) haqqında hədislər Voting_barİmam Mehdi (ə) haqqında hədislər Vote_rcap 
meshedi313 (16)
İmam Mehdi (ə) haqqında hədislər Vote_lcapİmam Mehdi (ə) haqqında hədislər Voting_barİmam Mehdi (ə) haqqında hədislər Vote_rcap 
Şehadet (11)
İmam Mehdi (ə) haqqında hədislər Vote_lcapİmam Mehdi (ə) haqqında hədislər Voting_barİmam Mehdi (ə) haqqında hədislər Vote_rcap 
Ahir-zaman (10)
İmam Mehdi (ə) haqqında hədislər Vote_lcapİmam Mehdi (ə) haqqında hədislər Voting_barİmam Mehdi (ə) haqqında hədislər Vote_rcap 

 

 İmam Mehdi (ə) haqqında hədislər

Aşağa gitmek 
YazarMesaj
Hasan_AGA
Üye
Üye
Hasan_AGA


Mesaj Sayısı : 54
Puanlarınız : 72
Teşekkür eildi : 10
Kayıt tarihi : 02/02/10
Yaş : 35
Nerden : Azərbaycan, Bakı

İmam Mehdi (ə) haqqında hədislər Empty
MesajKonu: İmam Mehdi (ə) haqqında hədislər   İmam Mehdi (ə) haqqında hədislər Icon_minitimeÇarş. Şub. 03, 2010 1:43 pm

Həzrəti Peyğəmbər (s) buyurmuşdur: “Xoş o adamın halına ki, mənim Əhli-beytimin qaimini görə, qiyam etməzdən qabaq ona iqtida edə, onun dostu ilə dost, düşməni ilə düşmən ola və ondan qabaqkı hidayətedici imamları da qəbul edə. Bunlar mənim dostlarım, mehr-məhəbbətimi qazananlar və ümmətim içərisində ən əzizlərimdir” (“Biharul-ənvar”, 52;129).


Cabir ibn Abdullah rəvayət edir ki, Həzrəti Peyğəmbərin (s) belə dediyini eşitdim: “Qiyamətə qədər ümmətimdən bir şəxs haqq naminə mübarizə aparacaq”. Sonra isə buyurdu: “İsa Məsih (ə) göydən enəcək və onların rəhbəri ona deyəcək: “Gəl bizə namaz qıldır”. O, isə deyəcək: “Xeyr, sizin bəziləriniz digərləriniz rəhbərləridir. Allahın bu ümmətə verdiyi bir üstünlükdür bu” (“Müslim”, cild 1, səhifə 95-Misir çapı).


Həzrəti Rəsuli-əkrəm (s) buyurmuşdur: “Xudavəndi-aləm mənim Əhli-beytimdən bir nəfəri məbus edəcək və o da yer üzünü zülmlə dolduğu kimi ədalətlə dolduracaq” (“Əl-Müsənnəf”, 11/171).


Peyğəmbər (s) buyurmudur: “Mehdi mənim nəslimdən, Fatimənin övladlarındandır“ (“Sünəni- Əbu Davud”, 4/107).


Allahın elçisi (s) buyurmuşdur buyurmuşdur: “Əgər dünyanın sonuna bircə gün də qalsa, Allah-taala həmin gün mütləq bizim nəsildən bir nəfəri üzə çıxarar, o da dünyanı zülmlə dolduğu kimi haqq-ədalətlə doldurar” (“Əl-Müsnəd”, cild 1, səhifə 99).
Sayfa başına dön Aşağa gitmek
http://www.artbaku.com
Hasan_AGA
Üye
Üye
Hasan_AGA


Mesaj Sayısı : 54
Puanlarınız : 72
Teşekkür eildi : 10
Kayıt tarihi : 02/02/10
Yaş : 35
Nerden : Azərbaycan, Bakı

İmam Mehdi (ə) haqqında hədislər Empty
MesajKonu: Geri: İmam Mehdi (ə) haqqında hədislər   İmam Mehdi (ə) haqqında hədislər Icon_minitimeÇarş. Şub. 03, 2010 1:45 pm

İmam Əmirəl-möminin Əli (ə) buyurur: “Bizim qaimimiz qiyam edən zaman asiman öz yağışını tökəcək, yer öz bitkilərini göyərdəcək, bəndələrin ürəklərindən kinlər gedəcək, dörd ayaqlılar və yırtıcılar mehribanlaşacaq və bir-birindən hürkməyəcəklər” (“Biharul-ənvar”, 52/316).


İmam Baqir (ə) buyurur: “Bizim Qaimimiz qiyam etdiyi zaman, şərafətli əlini bəndələrin başı üzərinə qoyar, ağıllarını bir yerə toplayıb elmlərini təkmilləşdirər, Allah-taala onların görmə-eşitmə qabiliyyətini artırar və nəhayət onlarla Qaim (ə.c) arasında maneə olmaz. Həzrət Qaim (İmam Zaman) hər zaman onlarla danışmaq istəsə, hər yerdə olsalar eşidərlər və onlar haradan istəsələr Həzrətə baxar və Onu öz iqamətgahında görərlər” (“Yovmul-Xilas”, 269).


İmam Sadiq (ə) buyurur: “Qaim (ə.c)-ın zamanında mömin şəxs günçıxanda olsa, məğribdə olan mömin qardaşını və əgər məğribdə olsa, məşriqdəkiləri görər” (“Biharul-ənvar”, 52/391).


İmam Sadiq (ə) buyurur: “Onda Rükn ilə Məqam arasında dayanar və ucadan səslənər: Ey köməklərim və yaxın adamlarım! Ey o kəslər ki, Allah sizi zühurumdan qabaq mənim üçün köməkçi hazırlayıb, mənə tərəf tələsin. Dünyanın şərqində, qərbində, mehrabda və ya yataqda olanlar İmamın səsini eşidərlər. Həmin çağırış onların hamısının qulağına çatar və hamısı Həzrətə sarı tələsərlər. Bir göz qırpımında hamısı onun yanına toplaşarlar. Bu hadisə gün çıxandan bir az əvvəl baş verəcəkdir” (“Biharul-ənvar”, 53/7).


İmam Sadiq (ə) Müfəzzələ Mehdi (ə.c) həzrətləri və onun zühuru barədə bir şey danışıb buyurdu: “Ey Müfəzzəl, İmam Mehdi (ə.c.) həzrətlərinə aid olan xəbərləri şiələrimizə çatdır ki, dinlərində şəkk-şübhə etməsinlər” (“Biharul-ənvar”, 53/6).
Sayfa başına dön Aşağa gitmek
http://www.artbaku.com
Hasan_AGA
Üye
Üye
Hasan_AGA


Mesaj Sayısı : 54
Puanlarınız : 72
Teşekkür eildi : 10
Kayıt tarihi : 02/02/10
Yaş : 35
Nerden : Azərbaycan, Bakı

İmam Mehdi (ə) haqqında hədislər Empty
MesajKonu: Geri: İmam Mehdi (ə) haqqında hədislər   İmam Mehdi (ə) haqqında hədislər Icon_minitimeÇarş. Şub. 03, 2010 1:47 pm

İmam Mehdi (ə.c.) buyurur: “Amma qarşıya çıxacaq yeni hadisələrdə bizim hədislərimizi rəvayət edənlərə müraciət edin, çünki onlar sizin üçün mənim höccətlərimdir və mən də onlar üçün Allahın höccətiyəm” (“Kəmalüddin”,484).


İmam Mehdi (ə.c.) Şeyx Müfidə yazdı: “Biz sizin vəziyyət və xəbərlərinizdən tamamilə agahıq və heç bir şey bizə gizli deyildir” (“Biharul-ənvar”, /53/175).


Fəraidus Səmtindən nəql olunur ki, Həzrəti Peyğəmbər (s) buyurdu: “Mənim canişinim və vəsilərim–məndən sonra Allaһın insanlara olan һöccəti–12 nəfərdən ibarətdir ki, birincisi qardaşım, axırıncısı isə oğlumdur.»
Sual olundu:–“Ya Rəsuləllaһ, qardaşın kimdir?”
Buyurdu:– “Əli İbni Əbi Talib”.
Soruşdular:– “Oğlun kimdir”?
Buyurdu: “Meһdi. O, yer üzünü, zülm və һaqsızlıqla dolduğu kimi, һaqq-ədalətlə dolduracaqdır. Məni һaqq olaraq peyğəmbərliyə seçən şəxsə and olsun, əgər dünyanın ömründən һətta bir gün də qalmış olsa belə, Allaһ o günü o qədər uzun edəcəkdir ki, oğlum Məһdi qiyam etsin. (O züһur etdikdən sonra) İsa ibni Məryəm Ruһulllaһ onun arxasında namaz qılacaq, yer üzü Pərvərdigarın nuru ilə işıqlanacaq. Məһdinin rəһbərlik və səltənətinin һəddi-һüdudu məşriqlə-məğribin arasını dolduracaqdır” (“Ğayətul-Məram”, səhifə 196).


Həzrəti Peyğəmbər (s) buyurdu: “Yer üzü zülm və haqqsızlıqla dolacaq, sonra mənim nəslimdən bir şəxs zühr edəcək və yer üzündə yeddi və ya doqquz il hökmranlıq edib dünyanı ədalət və bərabərliklə dolduracaq” (“Əl-Müsnəd”, cild 3, səhifə 28).
Sayfa başına dön Aşağa gitmek
http://www.artbaku.com
Hasan_AGA
Üye
Üye
Hasan_AGA


Mesaj Sayısı : 54
Puanlarınız : 72
Teşekkür eildi : 10
Kayıt tarihi : 02/02/10
Yaş : 35
Nerden : Azərbaycan, Bakı

İmam Mehdi (ə) haqqında hədislər Empty
MesajKonu: Geri: İmam Mehdi (ə) haqqında hədislər   İmam Mehdi (ə) haqqında hədislər Icon_minitimeÇarş. Şub. 03, 2010 1:49 pm

Əbu Səid Hüdri Həzrəti Peyğəmbərdən (səllalllahu əleyhi və əleyhissalam) rəvayət edir ki, Allahın rəsulu (s) buyurdu: “Sizləri Mehdiylə müjdələyirəm. Xalqın ixtilaf və çəkişmə zamanında ümmətimə göndəriləcək və yer üzünü zülm və haqqsızlıqla dolduğu kimi, ədalət və bərabərliklə dolduracaqdır. Göydə və yerdə olanlar ondan razı olacaqlar və o, malları səhih olaraq bölüşdürəcəkdir”. Bir nəfər soruşdu: “Səhih olaraq necə bölüşdürəcək?”. Həzrəti Rəsulullah (s) buyurdu: “Xalqın arasında bərabər bölüşdürəcək”. Daha sonra isə sözünə davam etdi: “O zaman Allah Məhəmməd ümmətinin qəlbini zənginliklə dolduracaq və onun ədaləti hər kəsi bürüyəcək. Hətta nida edən, “Mala ehtiyacı olan varmıdır?!” deyə nida edəcək, bir nəfərdən başqa heç kim qalmayacaq. Bundan sonra ona get, xəzinədara “Mehdi mənə mal vermənizi əmr etdi” de deyiləcək. Daha sonra xəzinədar ona seç deyəcək. Həmin kişi malı öz evinə gətirib açdıqda peşman olacaq, “Mən Məhəmmədin (s) ümmətinin ən ehtiraslısımı oldum?! Yoxsa onlara kifayət edən mənə bəs etmədimi?!” deyəcək. Bundan sonra o, malı geri gətirəcək, lakin ondan geri alınmayacaq və “Biz verdiyimiz bir şeyi geri götürmərik” deyiləcəkdir. Beləcə bu dövran səkkiz və ya doqquz il davam edəcək. Bundan sonra həyatın bir xeyri yoxdur” (“Müsnədi-Əhməd”, cild 3, səhifə 37).


Peyğəmbər (s) buyurmuşdur: “Mehdi mənim nəslimdəndir. Adı mənim adımla, künyəsi mənim künyəmlə, görünüşü mənim görünüşümlə, sünnət və hərəkətləri mənim hərəkətlərimlə oxşardır, xalqı mənim şəriətim və dinimə sövq edər və Rəbbimin kitabına dəvət edər. Ona itaət edən mənə itaət etmişdir və onunla müxalif olan mənimlə müxalif olmuşdur, onun qeybətini inkar edən məni inkar etmişdir” (“İlamul- vəra”, səhifə 425).


Əsbağ ibn Nəbatə deyir ki, əmir əl-möminin Əlinin (ə) hüzuruna getdim, həzrətin düşüncəyə daldığını və mübarək barmağıyla yeri qazdığını görəndə, “Sizi fikirli görürəm, yerə rəğbətinizmi var?” dedim. İmam (ə), “Xeyir, vallah heç vaxt yerə və dünyaya rəğbət göstərmədim. Dünyaya mənim nəslimdən gələcək on birinci övladım haqqında düşünürəm. O, Mehdidir. Zülmlə və küfrlə dolu olan yer üzünü ədalətlə, bərabərliklə dolduracaq. Onun bir qeybət zamanı olacaq ki, insanlar o vaxtda çaşqınlıq içində olacaqlar. Bəziləri bu dövrdə sapar, bəziləri isə hidayət olar” dedi (“Üsule-Kafi”, cild 1, səhifə 338).


İmam Sadiq (ə) buyurmuşdur: “Sizə bu şəxsin (zamanın imamının) qeybətə çəkildiyini bildirdikləri zaman onu inkar etməyin” (“Üsule-Kafi”, cild 1, səhifə 338).


Müfəzzəl ibn Ömər İmam Cəfər Sadiqin (ə) belə buyurduğunu nəql etmişdir: “Uca Allah varlıqları yaratmamışdan 14 min il əvvəl 14 nur yaratdı. Bax o nurlar bizim ruhlarımızdır. “Ey Peyğəmbər övladı, bu on dörd nur kimlərdir?” deyə sual veriləndə, o, “Məhəmməd (s), Əli, Fatimə, Həsən, Hüseyn və Hüseynin övladlarından olan imamlar. Onların sonuncusu Qaimdir. Qeybətdən sonra qiyam edəcək, Dəccalı öldürəcək və yer üzünü hər cür zülm və haqqsızlıqdan təmizləyəcəkdir” dedi (“Biharul-ənvar” cild 51, səhifə 144).


Əbdürrəhman ibn Səlit deyir ki, İmam Hüseyn (ə) buyurdu: On iki hidayət imamı bizdəndir. Birincisi əmir əl-möminin Əli ibn Əbu Talibdir, sonuncusu isə doqquzuncu övladımdır... Onun qeybdə olduğu dövrdə bəzi qövmlər mürtəd olacaq, bəziləri isə dinlərində qalacaqdır... Bilin ki, onun qeybətindəki əziyyətlərə və təkziblərə səbr etmək Peyğəmbərlə (s) birlikdə cihad etmək kimidir” (“Üyün-ül-Əhbər”, cild 1, səhifə 68).
Sayfa başına dön Aşağa gitmek
http://www.artbaku.com
 
İmam Mehdi (ə) haqqında hədislər
Sayfa başına dön 
1 sayfadaki 1 sayfası
 Similar topics
-
» Din haqqında ümumi anlayış.
» iftira: imam humeyni demişki "keşke Hz. imam Ali (a.s) peygamber olsa idi"
» hz.Mehdi'nin zuhrunun alametleri
» Hz. Fatıma’ya Ağıt / Seyyid Mehdi Şücai
» İmam Hüseynin (ə) fəziləti

Bu forumun müsaadesi var:Bu forumdaki mesajlara cevap veremezsiniz
HİRA.FORUM777.COM :: EHL-İ BEYT :: EHL-İ BEYT :: 12. İmam Mehdi (a.s)-
Buraya geçin: