HİRA.FORUM777.COM
Sitemizden daha iyi yararlanmak için lütfen üye olunuz veya giriş yapınız!
HİRA.FORUM777.COM
Sitemizden daha iyi yararlanmak için lütfen üye olunuz veya giriş yapınız!
HİRA.FORUM777.COM
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
HİRA.FORUM777.COM

İslam ümmetinin direniş adresi.
 
AnasayfaAnasayfa  Latest imagesLatest images  AramaArama  Kayıt OlKayıt Ol  Giriş yapGiriş yap  
Arama
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
En son konular
» iftira: Ömer Bin Hattabın katili Ebu lulue'nin mezarı türbe haline getirildi
Həzrəti Fatimənin (s.ə.) fəziləti Icon_minitimePaz Ağus. 22, 2010 8:46 am tarafından Elmeddin

» imam musa kazımın şehadeti
Həzrəti Fatimənin (s.ə.) fəziləti Icon_minitimeÇarş. Tem. 07, 2010 3:58 pm tarafından kevseri_resul_76_

» hayırlı cumalar
Həzrəti Fatimənin (s.ə.) fəziləti Icon_minitimeCuma Haz. 18, 2010 2:34 pm tarafından kevseri_resul_76_

» şiaya göre nübüvvet
Həzrəti Fatimənin (s.ə.) fəziləti Icon_minitimeCuma Haz. 11, 2010 8:54 am tarafından Admin

» SİTEMİZE YENİ LOGO ÖNERİM!
Həzrəti Fatimənin (s.ə.) fəziləti Icon_minitimePerş. Haz. 10, 2010 6:10 pm tarafından kevseri_resul_76_

» DİNƏ MEYLİN SƏBƏB VƏ MOTİVLƏRİ
Həzrəti Fatimənin (s.ə.) fəziləti Icon_minitimePerş. Haz. 10, 2010 10:37 am tarafından Admin

» Din haqqında ümumi anlayış.
Həzrəti Fatimənin (s.ə.) fəziləti Icon_minitimePerş. Haz. 10, 2010 10:33 am tarafından Admin

» Selamünaleyküm
Həzrəti Fatimənin (s.ə.) fəziləti Icon_minitimePerş. Haz. 10, 2010 10:27 am tarafından Admin

» BAZI KİTAPLAR...
Həzrəti Fatimənin (s.ə.) fəziləti Icon_minitimeÇarş. Haz. 09, 2010 8:38 pm tarafından kevseri_resul_76_

» ALİMLERİMİZ
Həzrəti Fatimənin (s.ə.) fəziləti Icon_minitimeÇarş. Haz. 09, 2010 8:23 pm tarafından kevseri_resul_76_

En iyi yollayıcılar
Admin (131)
Həzrəti Fatimənin (s.ə.) fəziləti Vote_lcapHəzrəti Fatimənin (s.ə.) fəziləti Voting_barHəzrəti Fatimənin (s.ə.) fəziləti Vote_rcap 
kevseri_resul_76_ (110)
Həzrəti Fatimənin (s.ə.) fəziləti Vote_lcapHəzrəti Fatimənin (s.ə.) fəziləti Voting_barHəzrəti Fatimənin (s.ə.) fəziləti Vote_rcap 
Hasan_AGA (54)
Həzrəti Fatimənin (s.ə.) fəziləti Vote_lcapHəzrəti Fatimənin (s.ə.) fəziləti Voting_barHəzrəti Fatimənin (s.ə.) fəziləti Vote_rcap 
gulistan_2 (52)
Həzrəti Fatimənin (s.ə.) fəziləti Vote_lcapHəzrəti Fatimənin (s.ə.) fəziləti Voting_barHəzrəti Fatimənin (s.ə.) fəziləti Vote_rcap 
Elmeddin (37)
Həzrəti Fatimənin (s.ə.) fəziləti Vote_lcapHəzrəti Fatimənin (s.ə.) fəziləti Voting_barHəzrəti Fatimənin (s.ə.) fəziləti Vote_rcap 
fizilalilfatıma (29)
Həzrəti Fatimənin (s.ə.) fəziləti Vote_lcapHəzrəti Fatimənin (s.ə.) fəziləti Voting_barHəzrəti Fatimənin (s.ə.) fəziləti Vote_rcap 
abdullah (19)
Həzrəti Fatimənin (s.ə.) fəziləti Vote_lcapHəzrəti Fatimənin (s.ə.) fəziləti Voting_barHəzrəti Fatimənin (s.ə.) fəziləti Vote_rcap 
meshedi313 (16)
Həzrəti Fatimənin (s.ə.) fəziləti Vote_lcapHəzrəti Fatimənin (s.ə.) fəziləti Voting_barHəzrəti Fatimənin (s.ə.) fəziləti Vote_rcap 
Şehadet (11)
Həzrəti Fatimənin (s.ə.) fəziləti Vote_lcapHəzrəti Fatimənin (s.ə.) fəziləti Voting_barHəzrəti Fatimənin (s.ə.) fəziləti Vote_rcap 
Ahir-zaman (10)
Həzrəti Fatimənin (s.ə.) fəziləti Vote_lcapHəzrəti Fatimənin (s.ə.) fəziləti Voting_barHəzrəti Fatimənin (s.ə.) fəziləti Vote_rcap 

 

 Həzrəti Fatimənin (s.ə.) fəziləti

Aşağa gitmek 
2 posters
YazarMesaj
Hasan_AGA
Üye
Üye
Hasan_AGA


Mesaj Sayısı : 54
Puanlarınız : 72
Teşekkür eildi : 10
Kayıt tarihi : 02/02/10
Yaş : 35
Nerden : Azərbaycan, Bakı

Həzrəti Fatimənin (s.ə.) fəziləti Empty
MesajKonu: Həzrəti Fatimənin (s.ə.) fəziləti   Həzrəti Fatimənin (s.ə.) fəziləti Icon_minitimeSalı Şub. 02, 2010 6:38 pm

1. Həzrəti Peyğəmbər (s) təkrar-təkrar buyurardı: “Fatimə mənim ümmətimin qadınlarının ən yaxşısıdır” (“Tarix”, “İstiab”, “Məvəddətül-qurba”).

2. Həzrəti Rəsulillah buyurmuşdur: “Dünya qadınlarının ən yaxşıları dörd qadındır: “Asiya (Fironun arvadı), Məryəm (Həzrəti İsanın (ə) anası), Xədicə (Peyğəmbərin (s) xanımı) və Fatimə” (“Müsnəd”, “Nüzuzul-Quran fi-Əli”, “İstiab”).

3. Cəmi bin ət-Teymiyyi rəvayət edir ki, “Xalamla birlikdə Aişənin (r) yanına getmişdim. Soruşdum ki, Peyğəmbər (s) hansı qadını daha çox sevirdi. “Fatiməni” – deyə cavab verdi. “Bəs kişilərdən kimi?” – deyə soruşduqda: “Fatimənin ərini! (Əlini (ə)) Bildiyimə görə o çox oruc tutur, çox namaz qılır” – dedi. (“ət-Tirmizi”, “Mənaqib”, 3873).

4. Möminlərin anası, Ümmu Sələmə (r) rəvayət edir ki, Fəth ilində Peyğəmbər (s) Fatiməni (ə) çağıraraq onunla xüsusi söhbətləşdi. Fatimə (ə) ağladı. Təkrar söhbət etdilər, bu dəfə Fatimə (r) güldü. Rəsulullah (s) vəfat etdikdə Fatimədən ağlamağının və gülməyinin səbəbini soruşduqda, dedi: “Əvvəlcə Rəsulullah (s) mənə öləcəyini xəbər verdi, ağladım. Daha sonra məni Məryəm bint İmrandan başqa bütün Cənnət qadınlarının seyyidi (xanımı) olacağım ilə müjdələdi. Buna görə güldüm” (“ət-Tirmizi”, Mənaqib, 3872).

5. Misvər bin Məxrəmə Rəsulullahın (s) belə dediyini rəvayət edir: “Fatimə məndən bir parçadır. Kim onu qəzəbləndirsə məni qəzəbləndirmiş olar” (“əl-Buxari”, Kitabul-fadail əshab, 12/61, 31/107).
Sayfa başına dön Aşağa gitmek
http://www.artbaku.com
Hasan_AGA
Üye
Üye
Hasan_AGA


Mesaj Sayısı : 54
Puanlarınız : 72
Teşekkür eildi : 10
Kayıt tarihi : 02/02/10
Yaş : 35
Nerden : Azərbaycan, Bakı

Həzrəti Fatimənin (s.ə.) fəziləti Empty
MesajKonu: Geri: Həzrəti Fatimənin (s.ə.) fəziləti   Həzrəti Fatimənin (s.ə.) fəziləti Icon_minitimeSalı Şub. 02, 2010 6:42 pm

6. Aişədən (r) rəvayət olunur ki, Peyğəmbər (s) vəfatından əvvəl xəstələndiyi zaman Fatiməni (ə) yanına çağırdı və ona gizli bir şey dedi. Fatimə (ə) ağladı. Sonra bir daha çağırıb Fatiməyə (ə) yenə gizli bir şey dedi. Bu dəfə Fatimə (ə) güldü. Fatimədən bu ağlama və gülmənin səbəbini soruşduqda, Fatimə: “Peyğəmbər (s) mənə gizlincə bu xəstələyinin sonunda ruhunun alınacağını xəbər verdi. Buna görə ağladım. Sonra mənə yenə gizlincə, mənim onun Əhli-beytindən ona ilk çatan insan olacağımı və ondan sonra gələcəyimi xəbər verdi. Buna görə də güldüm” – dedi”. (“əl-Buxari”, Kitabul-fadail əshab, 12/62).

7. Misvər bin Məxrəmə Peyğəmbərin (s) belə dediyini rəvayət edir: “Haşim bin Muğirə oğulları qızlarını Əli bin Əbu Talibə (ə) vermək üçün məndən izin istədilər. “Mən izin vermirəm! İzin vermirəm! İzin vermirəm! Əgər Əbu Talibin oğlu istəsə qızımı boşasın, sonra onların qızları ilə evlənsin. Çünki Fatimə məndən bir parçadır. Onu incidən şey məni də incidir, ona əziyyət verən şey mənə də əziyyət verir” – dedim” (“əl-Buxari”, “Kitabun-nikah”, 110/159).

8. Həzrəti Rəsulullah buyurmuşdur: “Həqiqətən Allah Fatimənin qəzəbi ilə qəzəblənər, razılığı ilə razı olar” (“Müstədrəkül-səhiheyn”, cild 3, səhifə 153).

9. Hakim Aişədən (r) nəql edir: “Mən Fatimə qədər danışığında, söhbətində Peyğəmbərə (s) oxşayan şəxs görmədim. Fatimə, Rəsulullahın yanına gələndə, Peyğəmbər (s) ona “Xoş gəldin” deyər, sonra yerindən qalxıb Fatiməyə tərəf gedər, əlindən tutub öpər və onu öz yerində otuzdurardı” (“Müstədrəküs-səhiheyn”, cild 3, səhifə 154; “Əl-İstihab”, cild 2, səhifə 51; “Sünəni Beyhəqi”, cild 7, səhifə 101).

10. Müslim ibn Həccac İbn Məsudun belə dediyini nəql edir: “Rəsulullah (s) Kəbənin yanında namaz qılırdı. Əbu Cəhil və dostları da bir kənarda oturmuşdular. Bir gün əvvəl isə orada bir dişi dəvə kəsilmişdi. Əbu Cəhil “Sizlərdən kim qalxıb bu dəvənin bir parçasını götürüb Məhəmmədin (s) boynuna qoya bilər” deyə soruşdu. Onlardan ən bədxah olanı qalxıb onu götürdü və Peyğəmbər (s) səcdəyə gedən zaman onun boynuna qoydu. Onlar bir-birlərinə baxıb gülüşməyə başladılar. Mən də bunu seyr edirdim. Əgər gücüm olsaydı onu Rəsulullahın üstündən götürərdim. Peyğəmbər (s) eləcə səcdədə qalmışdı, başını qaldırmırdı. Bir nəfər gedib bunu Fatiməyə (s.a.) xəbər verdi. Fatimə, balaca bir qız idi. Həzrəti Fatimə gəlib (s) onu bir qırağa atdı və üzünü onlara çevirib arlamağa, qınamağa başladı” (“əl-Buxari”, “Bab ül-Vüdu”, hədis-233; “Müslim”, “Cihad kitabı”, hədis-3349; “Müsnədi-Əhməd”, hədis 3537).
Sayfa başına dön Aşağa gitmek
http://www.artbaku.com
Hasan_AGA
Üye
Üye
Hasan_AGA


Mesaj Sayısı : 54
Puanlarınız : 72
Teşekkür eildi : 10
Kayıt tarihi : 02/02/10
Yaş : 35
Nerden : Azərbaycan, Bakı

Həzrəti Fatimənin (s.ə.) fəziləti Empty
MesajKonu: Geri: Həzrəti Fatimənin (s.ə.) fəziləti   Həzrəti Fatimənin (s.ə.) fəziləti Icon_minitimeSalı Şub. 02, 2010 6:45 pm

11. Həzrəti Peyğəmbərin (s) xidmətçisi Səvban nəql edir: “Rəsulullah (s) yola çıxanda ailəsindən ən son görüşdüyü şəxs Fatimə olardı (s.ə.) olardı; Getdiyi yerdən qayıdanda da ilk görüşdüyü şəxs Fatimə olardı” (“Əbu Davud”, 3680; “Müsnədi Əhməd”, cild 5, səhifə 275, hədis-21329; “Sünəni Beyhəqi”, cild 1, səhifə 26).

12. Əbu Sələbə rəvayət edir ki, “Peyğəmbər (s) müharibə və ya səyahətdən qayıdanda məscidə gedib, iki rəkət namaz qılardı; sonra Fatiməni görməyə gedərdi və daha sonra xanımlarının yanına gedərdi” (“Müstədrəküs-səhiheyn”, cild 3, səhifə 155).

13. Sələbi nəql edir ki, Abdullah ibn Həmid Cabir ibn Abdullahdan rəvayət etmişdir ki, “Həzrəti Peyğəmbər (s) bir neçə günü yemək yemədən keçirdi. Bu vəziyyətdən aclığa düşən Rəsulullah (s) xanımlarının evlərində yeməyə xörək axtardı, amma heç nə tapmadı. Sonra Fatimənin yanına gəlib, “Qızım, yeməyə bir şeyin varsa gətir yeyək, mən acam” dedi. Fatimə “Xeyr, Allaha and olsun ki, heç nə yoxdur” deyə cavab verdi. Allahın elçisi (s) oradan gedəndən sonra Fatimənin (ə) qonşusu iki çörək və bir az da ət göndərdi. O da onları götürüb bir qabın içinə qoyub, üstünü örtdü. Özü və uşaqları yeməyə möhtac olmasına baxmayaraq, “Peyğəmbəri (s) özümdən və yanımdakilərdən üstün tutacağam” dedi. Sonra Həsən və Hüseyini (əleyhimüssalam) o həzrətin (s) arxasınca göndərdi və Allahın elçisi (s) geri döndü. Fatimə (s.ə.) “Uşaqlarım sənə fəda olsun, Allah bizə bir şey verdi və mən onu sənin üçün ayırdım” dedi. Peyğəmbər (səllallahu əleyhi və əleyhissalam) də “Gətir” buyurdu. Onu gətirib üstünü açdıqda, qabın çörək və ət ilə dolu olduğunu gördü. Gördüyündən təəccübləndi və Allaha həmd edib, Peyğəmbərə (s) salavat gətirdi. Peyğəmbər (s) “Bunu haradan tapdın?” deyə soruşanda, Fatimə “Bu Allahdan gələn bir nemətdir. Allah istədiyinə saysız bərəkət verər” dedi. Rəsulullah (s) da Allaha həmd edərək buyurdu: “Həmd olsun Allaha ki, səni Bəni İsrail qadınlarının ən üstünü olana bənzətmişdir. Ona da Allah gözəl bir nemət verəndə, əgər ondan bu nemət haqqında soruşulsaydı, “Bu Allahın göndərdiyindəndir. Həqiqətən istədiyinə saysız nemət verər Allah” deyərdi. Sonra Həzrəti Peyğəmbər (s) Əlini (ə) də çağırdı. O da gəldi. Peyğəmbər (s), Əli, Fatimə, Həsən, Hüseyn (ə) və Peyğəmbərin bütün xanımları (r) o yeməkdən doyunca yedilər. Amma qab yenə olduğu kimi dolu qalmışdı. Həzrəti Fatimə (ə) demişdir ki, “Mən o yeməkdən bütün qonşularıma da verdim. Allah ona bərəkət və qalıcı bir xeyir vermişdi. Qapdakı yeməyin əsli iki çörəkdən və bir parça ətdən ibarət idi, qalanı isə Allahın bəxş etdiyi bərəkət idi” (“Qəsəsül-Ənbiyya”, səhifə 513).

14. Əbu Hüreyrə rəvayət edir ki, Həzrəti Peyğəmbər (s) buyurdu: “Cənnətə girəcək ilk şəxs Fatimədir (Qeyd edək ki, Zəhəbi bu hədisin səhih olduğunu bildirmişdir)” (“Mizanül-İtidəl” cild 2, səhifə 131).
Sayfa başına dön Aşağa gitmek
http://www.artbaku.com
Hasan_AGA
Üye
Üye
Hasan_AGA


Mesaj Sayısı : 54
Puanlarınız : 72
Teşekkür eildi : 10
Kayıt tarihi : 02/02/10
Yaş : 35
Nerden : Azərbaycan, Bakı

Həzrəti Fatimənin (s.ə.) fəziləti Empty
MesajKonu: Geri: Həzrəti Fatimənin (s.ə.) fəziləti   Həzrəti Fatimənin (s.ə.) fəziləti Icon_minitimeSalı Şub. 02, 2010 6:50 pm

15. Əbu Səid nəql edir ki, Həzrəti Peyğəmbər (s) Əliyə (ə) belə buyurdu: “Sənə verilən üç xüsusiyyət vardır ki, onlar heç kimə, hətta mənə belə verilməmişdir-Sənin mənim kimi qayınatan var, mənim belə qayınatam yoxdur; Sənin Fatimə kimi xanımın var, mənim xanımım onun kimi deyildir (fəzilət baxımından) və sənin sülbündən Həsən və Hüseyn kimi övladlar dünyaya gəlmişdir, mənim belə uşaqlarım yoxdur. Amma siz məndən, mən də sizdənəm” (“Ər-Riyaz-ün Nəzirə”, cild 2, səhifə 202).

16. Xətibi Bağdadi İbn Abbas vasitəsilə Peyğəmbərin (s) belə dediyini nəql edir: “Mən merac gecəsi cənnətin qapısında belə bir yazı olduğunu gördüm: “La ilahə illəllah, Muhammədən rəsulullah, Əliyun həbubullah (Əli Allahın məhbubudur), əl-Həsənu və Hüseyinu səfvətullah (onlar Allahın seçilmiş bəndələridirlər), Fatimətu Hiyərətullah (Fatimə Allahın bəyəndiyi şəxsdir), Əla bağizihim lənətullah (onlarla düşmənçilik edənlərə Allahın lənəti olsun)” (“Tarixi-Bağdadi”, cild 1, səhifə 259).

17. Abdullah ibn Məsud Peyğəmbərdən (s) rəvayət edir ki, Peyğəmbər (s) buyurmuşdur: “Fatimə iffətini kamil olaraq qorudu. Buna görə də Allah onun nəslinə (cəhənnəm) odunu haram qılmışdır” (“Müstədrəküs-səhiheyn”, cild 3, səhifə 152; “Kənzül-Ümmal”, cild 6, səhifə 219).

18. Müttəqi Həzrəti Peyğəmbərin (s) belə buyuruduğunu rəvayət etmişdir: “Cənnətə girəcək ilk şəxs Məhəmmədin (s) qızı Fatimədir. Fatimənin bu ümmətdəki yeri, Məryəmin Bəni İsraildəki yeri kimidir” (“Kənzül-Ummal”, cild 6, səhifə 219).
Sayfa başına dön Aşağa gitmek
http://www.artbaku.com
fizilalilfatıma
Üye
Üye



Mesaj Sayısı : 29
Puanlarınız : 42
Teşekkür eildi : 11
Kayıt tarihi : 07/04/10

Həzrəti Fatimənin (s.ə.) fəziləti Empty
MesajKonu: Geri: Həzrəti Fatimənin (s.ə.) fəziləti   Həzrəti Fatimənin (s.ə.) fəziləti Icon_minitimeÇarş. Nis. 07, 2010 9:59 pm

İmam Caferi Sadık' ın rivayetine göre Peygamber Fatıma ile ilgili olarak ''O dünya habintiİmnımlarının hanımefendisi ve alemin tüm kadınlarının tacıdır.'' buyurunca Fatıma kendi döneminde yaşayan kadınların en üstünümü diye sordular.Peygamber ''O dediğiniz Meryem binti İmran içindir.Ama kızım Fatıma,bütün asırlarda yaşayan kadınların serveri ve üstünüdür''dedi.
Sayfa başına dön Aşağa gitmek
 
Həzrəti Fatimənin (s.ə.) fəziləti
Sayfa başına dön 
1 sayfadaki 1 sayfası
 Similar topics
-
» İmam Əlinin (ə) fəziləti
» İmam Həsənin (ə) fəziləti
» İmam Hüseynin (ə) fəziləti
» Əhli-beytin fəziləti

Bu forumun müsaadesi var:Bu forumdaki mesajlara cevap veremezsiniz
HİRA.FORUM777.COM :: EHL-İ BEYT :: EHL-İ BEYT :: Hz. Fatıma (s.a)-
Buraya geçin: